27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Ağanus kəndindən yeni görüntülər yayılıb.xa0
Moderator.az xəbər verir ki, həmin görüntüləri Mir Kazım Laçın Alxaslı özünün “You Tube” kanalında yerləşdirib.
Görüntülərdə Laçın rayon mərkəzindən Qubadlı istiqamətinə gedən yolxa0 xa0və həmin yol üzərində yerləşən Ağanus kəndinin yalnız yerli sakinlərin “Turşsu” adlandırdığı aşağı hissəsinin təsvirləri gözə çarpır. Kənd yol kənarı olduğu üçün ermənilərin evlərin bir neçəsində yaşadığı hiss olunur. Kəndin yuxarı hissəsi dəniz səviyyəsindən daha yüksəkdə yerləşdiyindən peyk görüntüləri də təsdiqləyir ki, evlərin yalnız uçuq divarları qalıb, ətrafı kol-kos basıb.
Görüntülərdən bəlli olur ki, kənddəki böyük kolxoz ferması tamamilə sökülərək daşlarına qədər daşınıb. Videoda Ağanusdakı məşhurxa0 Turşsu bulağınınxa0 görüntüləri də var. Narzan tipli həmin bulaq yanındakıxa0 yeməkxana yalnız Laçın rayonunun deyil, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqların da sevimli yeyib-içmək məkanı olub.xa0
Laçındakı bu Turşsunun müalicəvi əhəmiyyəti olsa da, işğaldan öncə bu istiqamətdə heç bir ciddi araşdırma aparılmayıb. Yerli sakinlər məhz Turşsu bulağının varlığına görə kəndin bu hissəsini “Tursşu” adlandırırlar...
Yaşlı sakinlərin sözlərinə görə,xa0 Şuşa rayonunun XIX əsrdə bu yerlərə köçürülmüş ermənilərin yaşadığı Qaladərəsi və Kirov kəndləri yaxınlığında yerləşmiş Ağanus kəndi XX əsrin əvvəllərindən bəri artıq 3-cü, yaxud 4-cü dəfədir ki, işğal edilərək yandırılıb...xa0
Sultan Laçınxa0 xa0





























































































