C.Bayramov Rusiyaya təşəkkür etdi

C.Bayramov Rusiyaya təşəkkür etdi

Hazırda oxunan: C.Bayramov Rusiyaya təşəkkür etdi

2379

Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir ki, davam edən münaqişənin həllində yeni mərhələni başlatdığını qeyd edib.

Nazir Ceyhun Bayramov bölgədə sülhün təmin olunması üçün davamlı səylərinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz növbəsində münaqişənin həlli istiqamətində mühüm addım olan bu bəyanatın imzalanması ilə əlaqədar məmnunluğunu ifadə edib. O, tərəflərin bu qərarının bölgədə dayanaqlı sülhün təmin olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO