“Ən çətin günlərində Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin AÇILIŞ MƏRASİMİNDƏ - VİDEO
Ərdoğan hər iki ölkənin hər zaman sülhün tərəfdarı olduğunu da xatırladıb:
“Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir. Bölgədə sadəcə, sülh istəyirik və bu istiqamətdə daim addım atmışıq. Bundan sonra da sülhə yönəlik layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq".
Bizim.Media