Azərbaycan prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb.
Onun sözlərinə görə, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Altun qeyd edib ki, Prezident Kompleksində baş tutacaq danışıqlarda cari regional və dünya hadisələri müzakirə olunacaq. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün atılması lazım olan addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, səfər çərçivəsində 2020-ci il sentyabrın 2-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.
Bizim.Media