Lavrovla 600 milyonluq şərikli biznesinin olması ilə bağlı Elmar Məmmədyarovdan AÇIQLAMA – EKSKLÜZİV

Lavrovla 600 milyonluq şərikli biznesinin olması ilə bağlı Elmar Məmmədyarovdan AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Lavrovla 600 milyonluq şərikli biznesinin olması ilə bağlı Elmar Məmmədyarovdan AÇIQLAMA – EKSKLÜZİV

237620

Xəbər verdiyimiz kimi, bəzi media orqanlarında Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb.

İddiaya görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır. Üstəlik, Məmmədyarov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürür.

Məsələ ilə bağlı Bizim.Media sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. Sabiq nazir məlumatı gülüşlə qarşılayıb və bildirib ki, informasiyanı yayan adamlar araşdırmalarını sona qədər aparsalar, yaxşı olar:

“Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam. Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO