İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib - FOTO/VİDEO

İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib - FOTO/VİDEO

237584

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb.


Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini deyib, bu xüsusda səyləri birləşdirməyin önəminə toxunub.

Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd edib.

Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparılıb, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edilib ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO