Azərbaycanda Aliment Fondu yaradılacaq?

Azərbaycanda Aliment Fondu yaradılacaq?

Hazırda oxunan: Azərbaycanda Aliment Fondu yaradılacaq?

237403

Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı şikayətlər çoxluq təşkil edib. Bir çox hallarda borclu barədə tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilmədiyindən və tələb könüllü icra olunmadığından məhkəmə qərarlarının icrasında çətinliklər yaranıb.

Bizim.Media xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bu, borclu şəxslərin məşğulluğunun təmin olunması məsələsində icbari yanaşmanın tətbiqini aktullaşdırır:

“Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə ciddi maneələr törədir.

Qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirlərin görülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusi narahatlıq doğurmaqdadır. Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlamaqdadır. Xüsusilə də, son vaxtlar millət vəkilləri və bir sıra dövlət qurumları tərəfindən Ombudsmanın bu təklifinin dəstəklənməsi Aliment Fondunun yaradılmasının əhəmiyyətini bir daha önə çəkir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO