Tramp Zelenskini niyə “əzməyə” çalışdı? - VİDEO

Tramp Zelenskini niyə “əzməyə” çalışdı? - VİDEO

Hazırda oxunan: Tramp Zelenskini niyə “əzməyə” çalışdı? - VİDEO

237346


“Dünya bunu da gördü. Tarixdə ilk dəfə bir ölkənin prezidenti Ağ Evdən qovuldu. Cümə axşamı hər kəs onların görüşünü gözləyirdi. Zelenski Vaşinqtona nadir metallarla bağlı saziş imzalamaq üçün gəlmişdi. Qarşılığında təhlükəszilik zəmanətləri almağa ümidli idi. Hər şey hazır idi. Masalar, üzərində qələmlər, bəyanatları gözləyən mikrofonlar və kameralar”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun xəbər” proqramında səsləndirilib.

Aparıcının sözlərinə görə, hər şey sadəcə dekor kimi qaldı:

“Görüş belə başlamışdı. Tramp ötən həftə diktator adlandırdığı Zelenskinin əlini sıxmışdı. 1 gün əvvəl dediyi sözü də unutmuşdu. “Mən məgər Zelenskiyə diktator demişəm? İnana bimirəm” demişdi. Trampın unutqanlığına səbəb Ukraynanın göz qamaşdıran nadir metalları idi. Amma qismət olmadı. Oval kabinet bir ilk yaşadı. Əvvəl danışdılar, sonra dalaşdılar, sonda dağılışdılar.
Bağlı qapılar arxasında davam etdirilməli olan danışıqlar vaxtından əvvəl dayandırıldı. Tramp Zelenksini Ağ Evdən qovdu. Tramp və vitse-prezident Vens Zelenskini ABŞ-a təşəkkür etməməkdə günahlandırdı. Açıqca nankor demədikləri qaldı. Son sözləri isə bu oldu: ya razılığa gəlirsiz, ya da ABŞ bu məsələdən çəkilir”,

Daha ətrafı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO