Əziz Ələkbərli: “Ermənilər istəsə də, istəməsə də Qərbi Azərbaycana qayıdacağıq”

Əziz Ələkbərli: “Ermənilər istəsə də, istəməsə də Qərbi Azərbaycana qayıdacağıq”

Hazırda oxunan: Əziz Ələkbərli: “Ermənilər istəsə də, istəməsə də Qərbi Azərbaycana qayıdacağıq”

236629

“Ermənilərin 200 il ərzində bölgədə yürütdükləri strategiya darmadağın oldu. Biz heç şübhəsiz ata-baba torpaqlarımıza, Qərbi Azərbaycana qayıdacağıq. Ermənilər bunu istəsə də, istəməsə də qayıdacağıq. Çünki bu bizim təməl hüququmuzdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının ildönümündə "Ana harayı" abidəsini ziyarət edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli jurnalistlərə açıqlamasında səsləndirib.

“Bizim ata-babalarımızın həmin torpaqlarda min illik mədəni irsi var. Necə ki, Qarabağa, Şərqi Zəngəzura qayıtdıq, eləcə də Qərbi Azərbaycan torpaqlarının hər qarışına qayıdacağıq. Bunun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, beynəlxalq hüquqa söykənən məsələdir”, - deyə QAİ sədri əlavə edib.

Əziz Ələkbərli Qərbi azərbaycanlıların qayıdışı üçün beynəlxalq müstəvidə aparılan işlərdən də söz açıb:

“Son 36 ildə biz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çıxara bilməmişdik. Amma suverenliyimizi təmin etdikdən sonra bizim belə bir imkanımız yarandı. Son iki ildə biz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çıxara bildik.

Bir faktı qeyd etmək kifayətdir ki, QAİ-nin 9 rəsmi sənədi bu il BMT-nin rəsmi sənədi kimi BMT-yə üzv olan bütün ölkələrə yayıla bilib. Biz bunu yetərli hesab etmirik. Dünya Qərbi Azərbaycandan qovulan soydaşlarımızın hüquqlarını təmin etmək üçün konkret addımlar atmalıdır. Beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkməlidir. Biz, bu istiqamətdə sona qədər mübarizəmizi davam etdirəcəyik”.

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO