“Füzuli şəhərinə köç prosesi davam edir. Füzuli şəhərində birinci yaşayış kompleksi artıq inşa olunub. Bu gün işğaldan azad olunmuş ərazilərdə ən çox əhali 3132 nəfər Füzuli şəhərində məskunlaşıb. Hazırda Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Füzuli şəhərində yaşayan əhali arasında işsizlik səviyyəsi 9 faizin altındadır və bu onu göstərir ki, artıq həyat Füzuliyə qayıdıb:
“Amma buna paralel olaraq deməliyəm ki, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi tam sürətlə icra olunmaqdadır. Şəhərdə Mərkəzi Park, İşğal muzeyi, Zəfər parkı, peşə məktəbi, uşaq bağçasının inşası və digər bu kimi layihələr də tam sürətlə həyata keçirməkdədir. O ki qaldı Füzuli rayonunun kəndlərinə, artıq Dövlətyarlı kəndinin layihəsi icra olunmağa başlayıb. Artıq tikinti prosesinə başlamışıq. Bu yaxınlarda Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. Ümid edirik ki, il ərzind Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq", - deyə Emin Hüseynov bildirib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:34 / 26.02.2025
“Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub” - Emin Hüseynov
Hazırda oxunan: “Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub” - Emin Hüseynov
Hazırda oxunan: “Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub” - Emin Hüseynov
236606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.