"Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi" -İlham İsmayılov

"Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi" -İlham İsmayılov

Hazırda oxunan: "Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi" -İlham İsmayılov

236545

Azərbaycan tarixində ən faciəvi, ən qanlı səhifələrdən biri olan Xocalı Soyqırımı təkcə xalqımızın deyil, bütün bəşəriyyətin yaşadığı ən dəhşətli cinayətlərdən biridir.1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının birbaşa iştirakı ilə Xocalı şəhərinə hücum etdilər və dinc əhalini vəhşicəsinə qətlə yetirdilər.

Bizim.Media xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib.

O qeyd edib ki, bu təcavüz nəticəsində amansızlıqla qətlə yetirilmiş 613 nəfərin arasında qadınlar, uşaqlar və yaşlı insanlar olmuşdur. 1275 nəfər əsir götürülmüşdür, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır:

“Ermənilər Xocalını yerlə-yeksan etdilər, tarixi və mədəni abidələrimizi tamamilə məhv etdilər.

Ermənistan uzun illərdən bəri Azərbaycana qarşı etnik təmizləmə siyasətini həyata keçirməyi planlaşdırırdi. Və bu xalqımıza qarşı törədilən ən dəhşətli təcavüzlərdən biri oldu.

Bu qanlı faciəyə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider Heydər Əliyev verdi. O bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqi qiymət alması üçün mühüm addımlar atmışdır.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra ermənilərin vəhşiliyinin izi qalmış torpaqlarımızı işğaldan xilas etdi. Qazanılan şanlı Zəfərlə bütün şəhidlərimizin, düşmən tərəfindən başımıza gətirilən bütün müsibətlərin qisası alındı. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İnsanlar öz doğma yurdlarına qayıdaraq orada məskunlaşmağa başladılar.

Bizim təşkilatımız da, öz növbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşularaq uzun illər Avropanın siyasi mərkəzlərı olan Brüssel, Strasburq, Haaqa və digər şəhərlərdə Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox tədbirlər, konfranslar, mitinqlər, yürüşlər həyata keçirmişdir.

Bu gün qürurverici haldır ki, xalqla ordumuzun birliyi, qüdrətli olması bütün dünya ictimaiyyətinə bir daha isbat olundu.

Xocalı Soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcəklər!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO