Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyana cavabında bildirib.
"Müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir.
Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq", - XİN rəsmisi qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:36 / 24.02.2025
Rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı BMT-yə ÇAĞIRIŞ ETDİ
236374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.