Lavrov Ukrayna danışıqları ilə bağlı SİRLƏRİ AÇDI – “Üç il əvvəl razılığa gəldik, sonra isə...”

Lavrov Ukrayna danışıqları ilə bağlı SİRLƏRİ AÇDI – “Üç il əvvəl razılığa gəldik, sonra isə...”

Hazırda oxunan: Lavrov Ukrayna danışıqları ilə bağlı SİRLƏRİ AÇDI – “Üç il əvvəl razılığa gəldik, sonra isə...”

236271

“Ukraynada müharibənin səbəblərini aradan qaldırmadan davamlı sülhə nail olmaq mümkün deyil”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyada səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. 

Bir çox məqamlara diqqət çəkən rusiyalı diplomat müharibənin əsas səbəbləri barədə də danışıb.

“Ukrayna və Aİ atəşkəs müzakirələrində tez-tez mövqelərini dəyişirlər. Birləşmiş Ştatların ardıcıl baxışı var. Biz mövqeyimizi dəyişmirik. Biz 2022-ci ilin aprelində İstanbulda razılığa gəldik, lakin o vaxt İngiltərənin baş naziri Boris Conson razılaşmanın qarşısını aldı. Qərb Rusiyanı zəiflətmək üçün İstanbulda razılaşdırılmış mətnin həyata keçirilməsinə mane oldu. Biz sülhə nail olmaq istəyən hər kəslə danışıqlara hazırıq”, - deyə S.Lavrov deyib. 

Lavrov əlavə edib ki, sülh üçün Türkiyə və ABŞ ilə birgə addımlar atacaqlar.
 

“Ukraynada rus mədəniyyətini və dilini qadağan edən nasist rejimi var. Beynəlxalq gərginliyə baxmayaraq, Türkiyə və Rusiya hər sahədə təmasdadır. Prezident Ərdoğan və Rusiya prezidenti Putin daimi təmasdadır. Biz ABŞ ilə danışıqları davam etdirəcəyik. Dialoq fürsətdir.


Biz Ukraynada mövqeyimizi qoruyub saxlayırıq, onu dəyişməmişik, lakin realist yanaşmaların ortaya çıxmasına sevinirik”, - deyə S.Lavrov bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO