Prezidentdən Artur Rasi-zadəyə: “Siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz”

Prezidentdən Artur Rasi-zadəyə: “Siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz”

Hazırda oxunan: Prezidentdən Artur Rasi-zadəyə: “Siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz”

235712

“Biz sizinlə 15 il işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Hesab edirəm ki, o illər Azərbaycan iqtisadiyyatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Azərbaycan iqtisadiyyatı o illərdə bəlkə də iki dəfə çox artmışdır və ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli, ya da ki, başlanması məhz o illərə təsadüf edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Artur Rasi‑zadəni “Heydər Əliyev” ordeni ilə təltif edərkən deyib.

“Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təbii olaraq bizim müstəqilliyimizin əsasını təşkil edir. Birlikdə işlədiyimiz 15 il ərzində daim təmasda idik, məsələləri müzakirə edirdik, həll edirdik. 2018-ci ildən sonra da təmasdayıq. Şadam ki, siz yubileyinizi çox yaxşı fiziki formada qarşılayırsınız və sizi həmişə görmək mənim üçün xoşdur. İllər boyunca bir çox telefon söhbətimiz olubdur, bir çox məsələləri müzakirə etmişik.

Sizi bu gün gözəl yubiley ərəfəsində dəvət etdim ki, sizə Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edim. Bu gün imzaladığım Sərəncamla siz ölkəmizin ən ali mükafatına layiq görülmüsünüz. Siz buna layiqsiniz, siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Yenə də deyirəm, həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz. O, bunu qiymətləndirirdi, mən də həmişə qiymətləndirirdim və qiymətləndirirəm”, - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO