Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:57 / 19.02.2025
Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO/VİDEO
Hazırda oxunan: Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO/VİDEO
Hazırda oxunan: Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi - FOTO/VİDEO
235566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.