"Əminliklə deyə bilərəm ki, dünyada bir-birinə bu qədər bağlı, sıx əməkdaşlıq, dostluq halında olan iki paytaxt şəhər yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün"Media sahəsində strateji tərəfdaşlıq haqqında" anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, Gələcək hədəflər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə hazırda dünya sisteminin dəyişdiyi hər birimizə bəllidir:
“Bu keçid dönəminin ən önəmli problem qeyri-müəyyənlikdir. Belə bir dönəm bizim coğrafiyamız üçün olduqca mühümdür. Qarabağ qələbəsi bizə bu situasiyada nümunə olacaq bir yol xəritəsidir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bizim tək ailəmiz Türk dünyasıdır. Liderlər arasındakı dayanışma, xalqlar arasındakı sıx münasibətlərin gələcək perspektivdə böyük vədlər verdiyini düşünürəm. Biz eyni millətin iki övladıyıq. Aramızda hesab-kitab olmaz. Türkiyədəki zəlzələ zamanı bizim yaralarımıza azərbaycanlı qardaşlarımız qədər duyarlı olan ikinci bir millət olmadı. Perspektivdə Türkiyə hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacaq. "Şuşa bəyannaməsi" ilə ittiffaqımızı birləşdirən amili xüsusilə vurğulamaq istərdim. Azərbaycan üçün dayanıqlı sülhün əldə edilməsini dəstəkləyirik".
Səfirin sözlərinə görə, Qarabağ savaşında informasiya cəbhəsi çalışmasa, xəbərləri təqdim etməsəydi haqq savaşımızı dünyaya çatdıra bilməzdik:
"Diqqət çəkmək istədiyim bir məqam var. Azərbaycan və Türkiyə mediasının bir-biri ilə bağlı xəbərlərdə həssas yanaşması lazımdır. Dezinformasiyalara yol verilməməlidir. Hərşey açıq və şəffaf şəkildə çatdırılmalıdır. Bu istiqamətdə çiyin-çiyinə çalışmalıyıq",- deyə o vurğulayıb.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:08 / 19.02.2025
“Azərbaycan və Türkiyə mediası bir-biri ilə bağlı xəbərlərə həssas yanaşmalıdır” – Səfir
Hazırda oxunan: “Azərbaycan və Türkiyə mediası bir-biri ilə bağlı xəbərlərə həssas yanaşmalıdır” – Səfir
Hazırda oxunan: “Azərbaycan və Türkiyə mediası bir-biri ilə bağlı xəbərlərə həssas yanaşmalıdır” – Səfir
235463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.