Əli Əsədov Pezeşkianla hansı məsələləri müzakirə edib? - FOTO

Əli Əsədov Pezeşkianla hansı məsələləri müzakirə edib? - FOTO

Hazırda oxunan: Əli Əsədov Pezeşkianla hansı məsələləri müzakirə edib? - FOTO

235366

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 18-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO