Münxendə Azərbaycan və Latviya XİN başçıları arasında görüş keçirildi - FOTO

Münxendə Azərbaycan və Latviya XİN başçıları arasında görüş keçirildi - FOTO

Hazırda oxunan: Münxendə Azərbaycan və Latviya XİN başçıları arasında görüş keçirildi - FOTO

234957

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO