Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı MSK-nın fevralın 14-də keçirilən iclasında müzakirə aparılıb.
İclasda seçkilərin yekunlarına dair ümumi məlumat verilib. Qeyd olunub ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.
78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.
Daha sonra bələdiyyə seçkilərinin yekun protokolu qəbul olunub və komissiya üzvləri tərəfindən imzalanıb.
Bələdiyyə üzvü seçilən namizədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz:
Bizim.Media
![Bələdiyyə üzvü seçilənlərin yekun SİYAHISI Bələdiyyə üzvü seçilənlərin yekun SİYAHISI](https://bizim.media/file/articles/2025/02/15/1739594487_11.jpg)
- A-
- A
- A+
Siyasət
08:47 / 15.02.2025
Bələdiyyə üzvü seçilənlərin yekun SİYAHISI
Hazırda oxunan: Bələdiyyə üzvü seçilənlərin yekun SİYAHISI
Hazırda oxunan: Bələdiyyə üzvü seçilənlərin yekun SİYAHISI
234838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.