Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO

234816

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse ilə görüşüb.

XİN-dən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib.

Xüsusilə, ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb.

Bu kimi addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib.

Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO