Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, 2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.
"Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir", - Sərəncamda vurğulanıb.
Mədəniyyət Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bizim.Media
![Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM](https://bizim.media/file/articles/2025/02/13/1739446840_5292037662095567119.jpg)
- A-
- A
- A+
Siyasət
15:38 / 13.02.2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Hazırda oxunan: Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Hazırda oxunan: Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək – SƏRƏNCAM
234596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.