Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi AÇIQLANDI

Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi AÇIQLANDI

Hazırda oxunan: Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi AÇIQLANDI

234309

Xəbər verdiyimiz kimi fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan əhalisinin məhv edilməsi və terror faktlarına dair epizodlar elan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Harutyunyan və digərlərinin növbəti məhkəmə prosesi KEÇİRİLDİ - FOTO


Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli ittihamın təcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarına dair hissəsinin elanına başlayıb.

Bildirilib ki, təcavüzkar müharibənin gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyət göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərində azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistemli hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.

Sonra ittihamın təcavüzkar müharibənin gedişində törədilmiş terrorçuluq cinayəti faktlarına dair hissəsinin elanına başlanıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib.


Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO