Vəzifədən azad olunmuş nazirlər haradadırlar? - ARAŞDIRMA

Vəzifədən azad olunmuş nazirlər haradadırlar? - ARAŞDIRMA

Hazırda oxunan: Vəzifədən azad olunmuş nazirlər haradadırlar? - ARAŞDIRMA

23424

Son 1 ilə yaxın müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinində kadr dəyişikliklərinə daha tez-tez baş verib. Xüsusilə də, nazirlər arasında başqa vəzifələrə təyin olunanlardan tutmuş həbs olunan nazirə qədər müxtəlif ssenarilərə rast gəlmək mümkündür.

Əbülfəz Qarayev

Keçmiş Mədəniyyət və Turim Naziri olan Əbülfəz Qarayev 2020-ci il mayın 21-də tutduğu vəzifədən azad edilib. Daha əvvəl isə DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Əbülfəz Qarayevin nazir kimi fəaliyyəti 1994-cü ildən başlayıb. 2006-cı ildə Mədəniyyət və Turizm naziri təyin olunmamışdan öncə Qarayev 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri vəzifələrində çalışıb.

Əbülfəz Qarayev adı sosial mediada bir sıra korrupsiya qalmaqallarında hallansa da, bu cür iddialar öz təsdiqini tapmayıb. Keçmiş nazir hazırda Bakıdakı bağında dincəlir.

Elmar Məmmədyarov

16 iyul 2020-ci ildə Xarici İşlər Naziri vəzifəsindən azad edilən Elmar Məmmədyarov 2004-cü ildən sözügedən vəzifədə çalışıb. Məmmədyarovun vəzifədən göndərilməsinin əsas səbəbi isə Tovuz döyüşləri zamanı səlahiyyətlərini tam şəkildə həyata keçirə bilməməsi olub. Ölkənin Xarici siyasətində ciddi addımlara ehtiyac olduğu bir vaxtda öz səmərəsiz fəaliyyəti ilə gündəmə gələn nazir Prezident İlham Əliyev tərəfindən də tənqid olunmuşdu. 

Prezidentin nazir haqqında ünvanladığı “Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik…Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?", sualına isə baş nazir Əli Əsədov Elmar Məmmədyarovun “evdən işləyirəm”,-deyə verdiyi cavabla qarşılıq verib. Hazırda keçmiş nazir “ev(in)dən dincəlir”.

Qeyd edək ki, Elmar Məmmədyarov vəzifədən azad edildikdən sonra Xarici İşlər Naziri vəzifəsinə Ceyhun Bayramov təyin olunub. Təyinatdan öncə isə Bayramov Təhsil Naziri vəzifəsindən azad olunub. Təhsil Naziri vəzifəsinə isə Prezidentin 27 iyul tarixli sərəncamı ilə Emin Əmrullayev təyin olunub.

Ramin Quluzadə

Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri olan Ramin Quluzadə Prezident İlham Əliyevin  25 yanvar 2021-ci il tarixli qərarı ilə vəzifəsindən azad edilib. Onun rəhbərlik etdiyi nazirliyə isə Rəşad Nəbiyev təyin olunub. 

Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri vəzifəsini icra edir.

Səlim Müslümov

2018-ci ildə vəzifədən azad edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun həbsi məhz 2021-ci il fevral ayının 4-nə təsadüf edib. Vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunan keçmiş nazir haqqında həbs qətimkan tədbiri seçilib. Hazırda eks nazirin əməlləri üzrə istintaq işləri davam edir.

Oqtay Şirəliyev

23 aprel 2021-ci tarixində Azərbaycan Republikasının Səhiyyə Naziri vəzifəsindən azad olunan Oqtay Şirəliyev 2005-ci ildən müfaviq səlahiyyətləri icra edib. Keçmiş nazirin vəzifə səlahiyyətləri isə 1-ci müavini Teymur Musayev tərəfindən icra olunmaqdadır.

Qeyd edək ki, Oqtay Şirəliyev səhiyyə sistemində lazımi islahatların aparılmaması səbəbindən ictimaiyyət tərəfindən vaxtaşırı tənqid olunurdu.

Keçmiş Səhiyyə nazirinin hazırda Moskvada qızının yanında olduğu deyilir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO