Peskovdan Bakıdakı Rus Evinin bağlanmasına REAKSİYA – “Anlaşılmazlıq...”

Peskovdan Bakıdakı Rus Evinin bağlanmasına REAKSİYA – “Anlaşılmazlıq...”

Hazırda oxunan: Peskovdan Bakıdakı Rus Evinin bağlanmasına REAKSİYA – “Anlaşılmazlıq...”

233695

“Kreml Bakıdakı Rus Evinin bağlanması qərarından təəssüflənir və bu məsələnin Rusiya və Azərbaycan prezidentləri səviyyəsində təmaslar olacağı təqdirdə müzakirə oluna biləcəyini istisna etmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Moskva Bakıdakı “Rus Evi”nin bağlanmasına dair nota aldığını TƏSDİQLƏDİ


“Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, ikitərəfli təmaslarla həll oluna bilən anlaşılmazlıqdır”, - o, Rus Evinin bağlanmasını şərh edərkən bildirib.

“Biz bu məsələni müxtəlif səviyyələrdə olan həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, biz istisna etmirik ki, bu məsələ iki dövlət başçısı arasında dialoqda qaldırıla bilər”, - Kreml nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Azərbaycan “Rossotrudniçestvo” agentliyinin (Rus Evi) ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO