Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni təyin olunmuş daimi nümayəndəsi Tofiq Musayev etimadnaməsini BMT Baş katibi Antonio Quterreşə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyinin rəsmi “X” hesabında paylaşım edilib.
Görüş zamanı Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib.
O həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.
Quterreş isə BMT ilə səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkür edib.
Bizim.Media