AZAL təyyarəsi BU SAATLARDA vurulubmuş - FOTOFAKT

AZAL təyyarəsi BU SAATLARDA vurulubmuş - FOTOFAKT

Hazırda oxunan: AZAL təyyarəsi BU SAATLARDA vurulubmuş - FOTOFAKT

233252

Xəbər verdiyimiz kimi Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.

Bizim.Media xəbər verir ki, hesabata əsasən, ekipaj ilk olaraq saat 05:13:31-də problemlərlə üzləşib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı ilk istintaq hesabatını AÇIQLADI - FOTO


Bildirilib ki, hımin saatda təyyarəyə ilk zərbə olub və avtopilotu söndürmək üçün səs siqnalı verilib: 

“Saat 05:13:56-da ikinci zərbə qeydə alınıb. Saat 06:02:47-də təyyarənin heyəti Aktau hava limanının qülləsi ilə əlaqə saxlayıb və ilk dəfə beynəlxalq təhlükə siqnalını ötürüb. Saat 06:22:24-də ekipaj eniş aparatını buraxmağa başlayıb.

Sonra mexanizasiyanın buraxılması başlayıb, ardınca səsli həyəcan siqnalı verilib.

Saat 06:27:58-də təyyarə 35 dərəcə sağa yuvarlanaraq yerə çırpılıb”.

Qeyd edilib ki, yanğının əsas ocağı hava gəmisinin sağ qanadında balayıb, daha sonra gövdənin burun və mərkəzi hissələri, mərkəzi hissə və sol qanada doğru yayılıb.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO