Ceyhun Bayramov QDİƏT-in baş katibini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov QDİƏT-in baş katibini QƏBUL ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov QDİƏT-in baş katibini QƏBUL ETDİ - FOTO

232673

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək Azərbaycanın Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən “yaşıl enerji” dəhlizi layihəsinin, habelə “orta dəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib.

Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçi qruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdən keçirilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO