"Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək".
Bizim.Media xəbər verir ki, bu sözləri “teleqraf.com”a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Cənab prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, mütəmadi əsasda ölkə ictimaiyyətinin təyyarə qəzasının nəticələri haqqında məlumatların verilməsi təmin olunacaq”, - deyə qeyd edib.
Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:31 / 29.01.2025
“Təyyarə qəzası ilə bağlı yaxın vaxtlarda açıqlama olacaq” - Hikmət Hacıyev
Hazırda oxunan: “Təyyarə qəzası ilə bağlı yaxın vaxtlarda açıqlama olacaq” - Hikmət Hacıyev
Hazırda oxunan: “Təyyarə qəzası ilə bağlı yaxın vaxtlarda açıqlama olacaq” - Hikmət Hacıyev
232244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.