Paşinyan Qırğızıstana niyə getmədi?

Paşinyan Qırğızıstana niyə getmədi?

Hazırda oxunan: Paşinyan Qırğızıstana niyə getmədi?

232225

Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən MDB dövlət başçılarının sammitinə qatılmaqdan imtina edib. O, bunu işlərinin çoxluğu ilə izah edib.

 

Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan təşkilatdan uzaqlaşmaq qərarına gəlib:

 

“Paşinyaın həm KTMT, həm də MDB ilə əlaqələri aşağı səviyyəyə endirməsi onun Qərblə inteqrasiya kursunu həyata keçirdiyini nümayiş etdirir. Ermənistan tərəfindən bu siyasət Rusiyaya qarşı demarşdır. Əgər Nikol hakimiyyətdə qalacaqsa, Ermənistan gələn il KTMT-dən və Avrasiya İttifaqı təşkilatından çıxa bilər. Həmçinin onun MDB üzvlüyünə xitam verməsi də mümkündür”.

 

Ekspert bildirib ki, Ermənistan rəhbəri son addımları ilə Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçdiyini göstərmək istəyir:

 

“Ermənistan Baş naziri MDB sammiti çərçivəsində prezident İlham Əliyevlə görüşəcəkdi. Amma belə görüş sülh müqaviləsinin bağlanmasına da gətirib çıxarmayacaqdı.  Ermənistan-Rusiya münasibətlərində siyasi böhran dərinləşir. Rəsmi İrəvan bu dərinlikdə batıb qalacaq”.

 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO