İlham Əliyevdən Aleksandr Lukaşenkoya MƏKTUB

İlham Əliyevdən Aleksandr Lukaşenkoya MƏKTUB

Hazırda oxunan: İlham Əliyevdən Aleksandr Lukaşenkoya MƏKTUB

231950

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli Aleksandr Qriqoryeviç. 

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 

Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür. 
 

Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir. 


Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO