Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Zati-aliləri xanım Samanta Mostinə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli xanım General-Qubernator.
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:24 / 26.01.2025
İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi
Hazırda oxunan: İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi
Hazırda oxunan: İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi
231763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.