Ceyhun Bayramov yeni səfiri qəbul etdi

Ceyhun Bayramov yeni səfiri qəbul etdi

Hazırda oxunan: Ceyhun Bayramov yeni səfiri qəbul etdi

23176

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul etdi.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim etdi.

Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramova Toivo Klaar ilə sərhəddə baş verən gərginliyi müzakirə etdi


Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd etdi və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə etdi.

Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi.

Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO