İlqar Məmmədov Rusiyada yüksək vəzifəyə SEÇİLDİ

İlqar Məmmədov Rusiyada yüksək vəzifəyə SEÇİLDİ

Hazırda oxunan: İlqar Məmmədov Rusiyada yüksək vəzifəyə SEÇİLDİ

231663

Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov yenidən Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

59 yaşlı funksioner seçkilərdə yeganə namizəd olub və konfransın 58 nümayəndəsi onun lehinə səs verib.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO