“Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTOLAR

“Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTOLAR

Hazırda oxunan: “Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri yekunlaşıb – FOTOLAR

231179

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı – Biz Qayıdacağıq!” layihəsinin icrasını davam etdirir.

 

Sfera.az xəbər verir ki, layihə çərçivəsində hazırlanan "Biz Qayıdacağıq!” sənədli filminin çəkilişləri yekunlaşıb.

 

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən Müharibəsi qazisi Bəhruz Məmmədzadə qeyd edib ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin hərbi və siyasi yolu Azərbaycan tarixinin missiyasıdır: "Biz gələcəyə inanaraq, vətənimizə, dövlətimizə və millətimizə xidmət etməyə davam etməliyik. Vətənimizin xoş gələcəyi naminə hər zaman haqq yolumuzda addımlamalıyıq. Vətənimizə layiq vətəndaşlar yetişdirməliyik. Missiya davam edir.”

 

Qeyd edək ki, filmdə qazilər, şəhid ailələri, veteranlar, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sənədli filmin dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatı reallaşacaq.

(İslahat.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO