Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul olunub.
Yaponiyanın Azərbaycandakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ağdam (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa rayonu (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) ilə birlikdə Füzuli şəhəri nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycanın 10-cu şəhəri olub.
Qeyd edək ki, “Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin o zamankı bələdiyyə başçisi Takeşi Araki tərəfindən təsis edilib.
Sülh Şəhərləri Başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi, dünya üzrə insanlar arasında narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır. "Sülh Şəhərləri Başçıları” təşkilatının üzv sayı dünyanın 165 ölkə və bölgələrindən olan 8,031 şəhəri əhatə edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:11 / 01.06.2021
Füzuli BMT-nin sülh şəhərləri arasında
Hazırda oxunan: Füzuli BMT-nin sülh şəhərləri arasında
Hazırda oxunan: Füzuli BMT-nin sülh şəhərləri arasında
23102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.