“Zəngəzur dəhlizi 2020-ci ildə imzalanmış bəyanatda öz əksini tapıb və burada Ermənistanın Azərbaycanın qərb bölgələri ilə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəlikləri var”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nəqliyyat kommunikasiya işləri ilə bağlı bundan sonra da davam edəcək:
"Əfsuslar olsun ki, 4 ilə yaxın gedən proseslər öz nəticəsini verməyib. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq bölgədə dayanıqlı kommunikasiyanın yaradılması işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının tam inkişafını təmin etmək məqsədilə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması istiqamətində işlər dayanmır, davam edir".
O, Zəngəzur dəhlizi məsələsinin gündəmdə olduğunu qeyd edib:
"Həm Ermənistan sərhədinə çəkilən dəmir yolu yaxınlaşır, həm Araz çayı üzərində İran ərazisinə körpü tikintisi sürətlə davam edir. Bir neçə alternativlər üzrə də işləyirik".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:28 / 20.01.2025
Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
230856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.