Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, 2012-ci ildən Azərbaycanın Suriyada heç bir diplomatik təmsilçiliyi olmayıb, səfirlik fəaliyyətini dayandırıb.
Onun sözlərinə görə, hazırda səfirliyin fəaliyyətini bərpa etməsi üçün müvafiq addımlar atılır:
“Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə nümayəndə heyətimiz Suriyada oldu, görüşlər keçirildi. Biz istənilən növ fəaliyyətin həyata keçirilməsi, diplomatik təmsilçiliyimizin fəaliyyətinin bərpasında marağımızı ortaya qoyduq. Azərbaycanın Suriyada səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək, ilk mərhələdə müvəqqəti işlər vəkili təyin olunacaq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:24 / 18.01.2025
Nazir: Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq
Hazırda oxunan: Nazir: Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq
Hazırda oxunan: Nazir: Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq
230591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.