“Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Və bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi, əlbəttə ki, bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər
“Təbii ki, iki ölkə arasındakı energetika sahəsindəki əməkdaşlıq həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir.
Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir.
İldən-ilə bu ixrac artır. Keçən il bu 25 milyard kubmetrə çatmışdır və ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu doğrudan da, çox böyük və xüsusi əhəmiyyətə malik olan layihədir”, - deyə Dövlət başçısı əlavə edib.
Bizim.Media