QOVULAN DEPUTATLAR – Xalq niyə təmsilçilərini istəmir? - SƏBƏBLƏR

QOVULAN DEPUTATLAR – Xalq niyə təmsilçilərini istəmir? - SƏBƏBLƏR

Hazırda oxunan: QOVULAN DEPUTATLAR – Xalq niyə təmsilçilərini istəmir? - SƏBƏBLƏR

23025

Son zamanlar Milli Məclisin deputatlarının seçiciləri ilə görüşləri zamanı baş verən qalmaqallar haqqında çoxsaylı videomateriallar yayılmaqda davam edir. Ən son isə bir neçə gün əvvəl 81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı qovulması iddia olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Novruzov icra başçılarını sərt tənqid etdi - VİDEO


Bu barədə sosial şəbəkələrdə yayılan video böyük müzakirələrə səbəb olub. Görüntüdə seçicilər öz "nümayəndələrinə" açıq-aşkar ciddi iradlar bildirərək ondan rayonu tərk etməyi tələb ediblər. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin deputatları xalqın içindən çıxmadıqları üçün onlar da kütlə ilə hesablaşmır.

O, həmçinin qeyd edib ki, seçki zamanı bu deputatların əraziləri gəzib ancaq “öpüş” kampaniyası keçirirdi, indi isə xalqla görüşməkdən imtina edirlər. Ona görə də kütlə tərəfindən belə aqressiya ilə qarşılaşırlar:

“Onlar harınlamış məmur dəstələridir. Biri Laçına gedir araq içir, biri gedir şəhid ailəsinin taxtını vurur qoltuğuna gətirir. Bunlar birmənalı şəkildə dövlət başçısına xəyanət edirlər. Bunların hər birinin yaratdığı oyunlar dövlətə ziyan verir. Bu kütlə hər şeyi pulla ölçür, onlar üçün dövlət maraqları heç nədir. Vaxtı ilə Ramiz Mehdiyev bunları parlamentdə kök atmaqlarına şərait yaradıb, indidə bunlar bu cür hoqqalar çıxarırlar.

Məndə olan məlumata görə, bir neçə rayonda bu cür hadisələr baş verib. Bu yaxınlarda Şahin İsmayılovu Beyləqandan qovdular, belə millət vəkilləri axı kimə lazımdır?”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO