Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.
Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:23 / 13.01.2025
Syerra-Leone Prezidenti İlham Əliyevə başsağlığı VERDİ
Hazırda oxunan: Syerra-Leone Prezidenti İlham Əliyevə başsağlığı VERDİ
Hazırda oxunan: Syerra-Leone Prezidenti İlham Əliyevə başsağlığı VERDİ
229845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.