Mayottada FACİƏVİ DURUM – Fransa minlərlə insanı ölümə tərk etdi – ARAŞDIRMA

Mayottada FACİƏVİ DURUM – Fransa minlərlə insanı ölümə tərk etdi – ARAŞDIRMA

Hazırda oxunan: Mayottada FACİƏVİ DURUM – Fransa minlərlə insanı ölümə tərk etdi – ARAŞDIRMA

229769

Fransanın insanlığa sığmayan siyasəti davam edir. Rəsmi Paris Mayotto arxipelaqınının sakinlərinin faciəsinə seyrçi qalır. Son bir ayda iki dəhşətli qasırğa üz-üzə qalan ada sakinlərin gələcəyi taleyin ümidinə buraxılıb. Çünki Fransadan son bir ayda Mayotta sakinlərinə heç bir əsaslı kömək göndərilməyib.

Ölümə tərk edilən mayottalılar
 

MÖVZU İLƏ BAĞLI:

Artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var — Bu, Azərbaycandır!


Xatırladaq ki, dekabrın 14-ə keçən gecə Fransanın Mayotta arxipelaqında dağıdıcı "Çido" qasırğası çoxlu sayda insanın ölümünə səbəb olmuşdu. Beynəlxalq təşkilatların hesabatına görə fəlakət nəticəsində yüzlərlə insan həlak olub. Ölənlərin sayı ilə bağlı suala Fransa Daxili İşlər Nazirliyi "bütün qurbanları saymaq çətin olacaq" cavabını verib və indiki mərhələdə dəqiq rəqəmi müəyyən etməyin mümkün olmadığını bildirib.

Qasırğa nəticəsində minlərlə ev, infrastrukturlar, xidmət və istehsal obyektləri qasırğa nəticəsində yararsız hala düşüb. İnsanlar açıq havada işıq, qaz olmadan gecələyirlər. Ən böyük problem isə su çatışmazlığıdır.

Mayottanın mərkəzi Mamuzou şəhərinin sakinləri “Reuters” agentliyinə açıqlamalarında vəziyyətin dözülməz olduğunu bildiriblər:

“Daha dözə bilmirik. Heç olmasa, bir az da olsa yaşamağa çalışırıq, çünki suyun nə vaxt veriləcəyini bilmirik. Mənə elə gəlir ki, nüvə müharibəsi yaşamışam. Bütün bir məhəllə gözümün qabağında yox oldu”.

Paytaxt sakinlərindən biri Mamuzou isə bunları deyib:

“Üç gündür suyumuz yoxdur. “Bəzi qonşularımda nə yemək, nə də su var”.

Daha bir fəlakət

Təəssüflər olsun ki, Mayotta arxipelaqı dağıdıcı "Çido" qasırğasının nəticələrindən xilas olmamış daha bir dəhşətli “Dikeledi" tropik qasırğası ilə üz-üzə qalıb. Artıq təhlükəli vəziyyətlə bağlı adada “qırmızı həyəcan” vəziyyəti elan olunub.

Şənbə günü saat 22:00-dan etibarən başlayan qasırğa arxipelaqın ərtaf zonaları ilə əlaqəsini tamamilə kəsib. Ona görə də yerli səlahiyyətlilər sakinləri su və qidadan ehtiyatla istifadə etməyə çağırıb.  Ən pisi də odur ki, ərazidə bütün hərəkət qadağan edilib. Ona görə də yardım gözləyən insanların sonrakı taleyi çox qaranlıq görünür.

Çox qəribədir ki, Fransanın Xarici işlər naziri Manuel Valls Mayotta sakinlərinin təhlükəsizliyi ilə bağlı danışarkən həyasızcasına deyib ki, "hər şey şansa qalıb".

Mayottanın müstəmləkə keçmişi

Mayotto Hind okeanının Qərbində 376 kvadratkilometr əraziyə malik bir adadır. Adanın 320 mindən artıq əhalisi var. Bu ada dövləti uzun illərdir ki, Fransanın müstəmləkəsi altındadır. Əhalinin 72 faizi yoxsulluq həddində yaşayır.

Uzun illər fransızlar tərəfindən istila edilən adada heç bir normal infrastruktur yoxdur. İnsanlar qamışdan və ağacdan inşa olunmuş damxalarda yaşayırlar. 320 min əhalisi olan adanın dayanıqlı su, işıq və digər kommunal təminatları yoxdur. Son bir ayda baş verən iki dağıdıcı qasırğa adada həyatı demək olar ki, söndürüb.

Fransanın Mayotta faciəsinə biganəliyi nifrət doğurur.

Ada dövlətində baş verənlər Fransanın əsl simasını növbəti dəfə sivilizasiyaya göstərdi. Rəsmi Paris qasırğadan əziyyət çəkən insanlara heç bir real yardım göstərmir. Ötən dövr ərzində ancaq 200-dək xilasedici adaya gəlib. Amma adadakıların daha çox qidaya və elektrik enerjisinə ehtiyacı var. Bunu isə Fransa vermir. 

“İndependent Türkçe” nəşrinin icmalçısı Sare Şanlı bu mənada mənzərəni çox gözəl şərh edir:

“Müstəmləkəçi yanaşmanın kölgəsində qalan faciə... Fransanın ən yoxsul ərazisini vuran qasırğa Mayottanın onsuz da zəif olan infrastrukturunu məhv edib. Təbii fəlakətdən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, faciə qurbanlarının konkret sayı hələ də açıqlanmayıb. Fransa nümayəndələri adanın 31 sakininin həlak olması ilə bağlı bəyanatlarla kifayətlənərək faciənin miqyasını azaltmağa çalışırlar.

Lakin fakt odur ki, Mayottada çox sayda miqrant yaşayır. Eyni zamanda, cəsədlərin bir hissəsi tələsik dəfn edilib, bu da qurbanların həqiqi sayının minlərlə ola biləcəyini göstərir”.

Makron Mayottada hansı mənzərə ilə qarşılaşdı?

Müəllif vurğulayır ki, Mayotta Fransanın son vaxtlar təbii fəlakətlər və etirazlar kontekstində müzakirə olunan müstəmləkələrindən sadəcə biridir:

“Qasırğadan sonra Mayottaya səfər edən Fransa Prezidenti Emmanuel Makron qəzəbli insan kütləsi ilə qarşılaşıb. Ada sakinləri Fransa hökumətinin böhranın nəticələrini aradan qaldırmaq üçün atdığı addımları pisləyib, Makronun istefasını tələb edərək, onu fitə basıblar. “Mən qasırğa deyiləm! Mən baş verənlərə görə məsuliyyət daşımıram”, - deyə özünə bəraət qazandıran Makron, Mayotta sakinlərini “Fransanın bir hissəsi olduğuna görə minnətdar olmağa” çağırıb.

“Fransa olmasaydı, sizin vəziyyətiniz 10 min dəfə daha pis olardı”, - deyə Makron bildirib.

Bir daha qeyd edək ki, bu ada dünyanın ən yoxsul bölgələrindən biridir. Mayottada hər 10 evdən 4-ü faner və metal təbəqələrdən hazırlanır. Hər on evdən üçündə su yoxdur. Son qasırğalar isə Mayottanın onsuz da zəif olan infrastrukturunu tamamilə yerlə bir edib.

Bu gün bölgədəki 320 mindən artıq əhali böyük ümidlərlə Fransadan yardım gözləyir. Fransa hökuməti isə bu ada dövlətinə əsaslı dəstək olmaq fikrindən çox-çox uzaqdır. Bunun bir səbəbi Fransanın özünün iqtisadi durumunun acınacaqlı olmasıdırsa, digər əsas səbəbi Makronun və onun ətrafındakıların adada yaşayan zavallı insanları gözdən çıxartmasıdır. Çünki rəsmi Paris digər arxipelaqlar kimi Mayottada yaşayanlara da insan kimi baxmır. Bu siyasətin qurbanı isə Mayotta və digər müstəmləkəçilikdən əziyyət çəkən bölgələrin dinc sakinləridir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO