XİN-də diplomatik xidmətə qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ!

XİN-də diplomatik xidmətə qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ!

Hazırda oxunan: XİN-də diplomatik xidmətə qəbul olunmaq istəyənlərin NƏZƏRİNƏ!

229636

Xarici İşlər Nazirliyi diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi barədə məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, XİN-də diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

 

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

 

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır. 

 

Ətraflı bu linkdə tanış ola bilərsiniz: //mfa.gov.az/az/news/no49623?fbclid=IwAR2TtU495aD3GvUCMHSSCeBufEBYRufKTHHUUDY_0egfPVEFqSOjHOB1CJk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO