Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar – SİYAHI

Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar – SİYAHI

Hazırda oxunan: Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar – SİYAHI

229418

Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarın qəbul olunduğu 1997-ci ildən bəri sənəd, dövrün və qanunvericiliyin tələblərinə uyğun şəkildə təkmilləşdirilmədiyi üçün dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin yaradıcılarına müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlər faktiki olaraq tənzimlənə bilmirdi. 

Filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların məbləği denominasiyadan əvvəlki göstəricilərlə müəyyən edildiyindən, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsi mümkün olmurdu. 

Bu səbəbdən, dövlət sifarişi ilə istehsal olunan kinofilmlərin çəkilişi ilə bağlı əvvəlki qərarın aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Əqli Mülkiyyət Agentliyi) razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında müvafiq dəyişikliklərin edilməsi, müəlliflərin əməyinin obyektiv qiymətləndirilməsinə zəmin yaradacaq. 

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir: 


Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir: 


Filmin digər müəlliflərinə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO