XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik

XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik

Hazırda oxunan: XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik

228755

“Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik”.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialarına dair medianın sualına cavabında qeyd edilib.

XİN-dən bildirilib ki, Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir: “Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO