Polşanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ

Polşanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ

Hazırda oxunan: Polşanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ

228609

Yanvarın 5-də Polşanın xarici işlər naziri Radoslav Şikorski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
 

Ceyhun Bayramov başsağlığına və göstərilən həmrəyliyə görə təşəkkür edib.


Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının perspektivləri ətraflı müzakirə olunub.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər telefon danışığı zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO