İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı VERDİ

İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı VERDİ

Hazırda oxunan: İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı VERDİ

228222

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda bildirilir:

"Hörmətli cənab Prezident,

Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, dünən Monteneqronun Çetinye şəhərində kafelərin birində baş vermiş silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO