Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.
Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.
Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:17 / 31.12.2024
Bu ölkənin prezidenti İlham Əliyevə başsağlığı verdi - FOTO
Hazırda oxunan: Bu ölkənin prezidenti İlham Əliyevə başsağlığı verdi - FOTO
Hazırda oxunan: Bu ölkənin prezidenti İlham Əliyevə başsağlığı verdi - FOTO
227922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.