İlham Əliyevin təyyarə qəzası ilə bağlı bəyanatları Türkiyə mətbuatında geniş işıqlandırıldı - FOTO

İlham Əliyevin təyyarə qəzası ilə bağlı bəyanatları Türkiyə mətbuatında geniş işıqlandırıldı - FOTO

Hazırda oxunan: İlham Əliyevin təyyarə qəzası ilə bağlı bəyanatları Türkiyə mətbuatında geniş işıqlandırıldı - FOTO

227676

Türkiyə mətbuatı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsini geniş işıqlandırıb. Dövlət başçısı müsahibədə Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, qardaş ölkənin mətbuatı Azərbaycan Prezidentinin 38 nəfərin həyatını itirdiyi faciə ilə bağlı Rusiya tərəfinə ünvanladığı tələblərə diqqət çəkib.

Televiziya kanalları, qəzetlər və xəbər portalları mülki təyyarənin atəşə tutulması ilə bilavasitə əlaqəsi olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödənilməsi tələbləri ilə manşetlərə çıxıb.

AZAL-a məxsus təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya ərazisində xaricdən zədə aldığı vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin Rusiya tərəfinin “məsələni ört-basdır etməyə” çalışdığı ilə bağlı sözlərindən də sitat gətirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO