Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bildirib:
Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir.
Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:10 / 29.12.2024
İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı
Hazırda oxunan: İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı
Hazırda oxunan: İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı
227634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.