Prezidentə başsağlığı verdilər

Prezidentə başsağlığı verdilər

Hazırda oxunan: Prezidentə başsağlığı verdilər

227605

Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.

Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çex Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

***

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən kədərləndirdi və sarsıtdı. Bu qəza nəticəsində həyatını itirən insanlara görə kədərimizi ifadə edirik.

Belə bir çətin dövrdə bizim düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin və Azərbaycan xalqının yanındadır. Qəza zamanı yaralananların tezliklə sağalmalarını diləyirik.

Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğumuza əmin olmağınızı xahiş edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO